• Free Delivery: Take advantage of our time to save event
  • Free Returns * Satisfaction guaranteed

XİDMƏTLƏR

eksteryer-dizayn

Eksteryer dizayn

Keyfiyyətli dizayn təqdim etmək bizim prioritetimizdir.. Ölçü və istəklərinizi nəzərə alaraq vizual olaraq cəlbedici xarici dizayn yaradaraq keyfiyyətli iş əldə edirik. Dizayn olunacaq sahəyə baxış keçirdikdən sonra həmin sahənin interaktiv 3D modelini təmin edən qabaqcıl texnologiya ilə memarlıq təsvirləri müxtəlif rənglər, abadlıq variantları və sistemlər (məsələn, panjurlar, qapılar, işıq qurğuları və s.) üzərində çalışmalar müştəriyə təqdim olunur, və onlar üçün uyğun olan xarici dizayn üzərində qərar verilir.

İnteryer dizayn

Tag Construction həyat keyfiyyətinə faydalı olan funksional və cəlbedici mühit yaradaraq, hər bir müştərimiz üçün unikal fərdiləşdirilmiş interyer dizayn xidmətləri təklif edir. Xüsusi seminarlar keçmiş dizaynerlərimiz layihə üzrə dizayn sxemi tərtib edərək müştəriyə təqdim edir.Dizayn xidmətimiz dəqiq iş prinsipinə əsaslanır.

eksteryer-dizayn
tikinti

Tikinti

Tikinti xidmətləri layihənin və ya layihənin bir hissəsinin (ilkin iş paketləri daxil olmaqla) tikintisi üçün podratçı tərəfindən görülən fiziki tikinti işləri deməkdir. TAG construction olaraq bu sahədə 2011-ci ildən fəaliyyət göstəririk və bu sahədə öz imzamızı atmış sayılırıq.Şəhərin müxtəlif ünvanlarında inşa etdiyimiz çoxmərtəbəli yaşayış binaları, fərdi ev və mənzillər , ticarət obyektləri , ictimai və iaşə obyektləri buna sübut kimi göstərə bilərik.İnşa etdiyimiz hər bina öz xarici görünüşü ,dayanıqlılığı və inşa üslubuyla seçilir.

Landşaft dizayn

TAG construction olaraq interyer və eksteryer dizaynla yanaşı landşaft dizaynı da əsas fəaliyyət sahələrimizdən biridir.Müştəri istəkləri dizaynerlərimiz tərəfindən peşəkar istiqamətdə yönləndirilir.Nəticədə müştəri razı qalır və bu da bizim fəaliyyətimiz üçün vacib stimuldur. Peşəkar landşaft dizaynerlərimiz landşaftı nəzərə almaqla bəzi dizayn ideyaları və dəyərli istinadlar haqqında perspektiv ideyalar təklif edirlər. Yaradıcı fikirlər, ekspert dizaynerlərimizin əsas amalıdır.Biz bu proses üçün layihənizlə tanış olub seçimlərinizə uyğun dizayn xidmətlərinin növünü əks etdirən fərdi landşaft dizaynı tərtib edirik.

landsaft-dizayn
layihelendirme

Layihələndirmə

Layihə tərtib olunarkən təyinatı üzrə əsas informasiyalar ,əldə olunduqdan sonra smeta hazırlanır.Uğurlu layihələndirmə üçün əsas 2 nüans vacibdir : 1.Maliyyə planını ölçü ilə hazırlanmış büdcəyə uyğun olaraq tərtib etmək : 2.Layihənin təcrübəli mühəndis tərəfindən həyata keçirilməsi.Hər 2 nüans nəzərə alınmaqla tərtib olunan layihə sektorun daxili və xarici dinamikasını təhlil etməyə kömək edir. Şirkətimiz işində peşəkar olan mühəndislərlə çalışmaqla müxtəlif istiqamətlərdə layihələndirmə işləri həyata keçirir.

Təmir

Təmir prosesi məsuliyyətli və dəqiq olduğu üçün ,bu proses hər zaman peşəkarlara həvalə edilməlidir.Çünki edilən kiçik bir yanlış təmir etdirən sahibkar üçün həm maddi həm də vaxt itgisi deməkdir.Bu tip problemlərlə qarşılaşmamaq üçün “İstek Group” olaraq daim yeni ideyalar axtarışındayıq.Təmirə isə tam zəmanət verilir.Təmir prosesində müştərinin istəkləri nəzərə alınmaqla layihə-smeta tərtib edirik. Təmir materialları Avropa standart və keyfiyyətinə uyğun olaraq seçilir Daha sonra prosesin gedişatını mərhələli şəkildə həyata keçiririk.Sonda müştəri məmnuniyyətini qəbul etmək işimizin peşəkar şəkildə tamamlanmasının sübutudur.

temir
mebel-istehsali

Mebel istehsalı

Tag Construction şirkəti həmçinin mebel istehsalçısı MAGRO brendinində sahibidir.Mebel istehsalatı özü özlüyündə çətin proses sayılır. Çünki bu prosesdə vacib nüanslar mebelin həm estetik, həm də funksional keyfiyyətlərə uyğun dizayn olunmasıdır.2007-ci ildən fəaliyyətə başlayan mebel fabrikimizdə istənilən növ keyfiyyətli mebel istehsalatı həyata keçirilir.. Bizim assortimentimizdə mebel həllərinin müxtəlif versiyaları mövcuddur ki, bununla da asanlıqla ofis və ya yaşayış sahələrinizi təchiz edə bilərsiniz. “Magro mebel” şirkətinin mebel sexində xüsusi hazırlanmış mebel, funksionallığı, rahatlığı və materialların keyfiyyəti ilə fərqlənir. Bizim peşəkar dizaynerlərimiz interyerinizə rahatlıqla uyğunlaşacaq və onu tamamlayacaq mebelləri yaradacaqlar