• Free Delivery: Take advantage of our time to save event
  • Free Returns * Satisfaction guaranteed

Şirkət haqqında

  • MEHRİN NOVRUZZADƏ

    Memar

  • GÜLSÜM BAĞIROVA

    Dizayner

  • VİLAYƏT HASİLOV

    Dizayner köməkçisi

  • NOVRUZOV FARİZ

    Sahə rəisi ( təmir və tikinti üzrə )

  • RÜSTƏM ASLANOV

    Mühəndis



Artıq 10 ildən artıqdır şirkətimiz öz xidmət sahələri üzrə uğurlu fəaliyyət göstərir. Şirkətimizin prestiji üçün fəaliyyət sahələrimizə müxtəlif seminarlar keçmiş,görülən işlər üzrə öz sözünü demiş peşəkar mütəxəssislər cəlb olunmuşdur.Qabaqcıl texnologiya və keyfiyyətli materiallardan istifadə etməklə yerli şirkətlər arasında güclü rəqib tərəf sayılırıq.Həyata keçirdiyimiz layihələr qeyd edilən fikrin sübutudur. Etibarını qazandığımız müştəri uğur nərdivənında növbəti addımımızdır.Daim inkişafda olan şirkətimiz paytaxt Bakı ilə yanaşı regionlarda da fəaliyyətini həyata keçirməklə müştərilərini məmnun edir.

Tikinti xidmətləri layihənin və ya layihənin bir hissəsinin (ilkin iş paketləri daxil olmaqla) tikintisi üçün podratçı tərəfindən görülən fiziki tikinti işləri deməkdir. Istek Group olaraq bu sahədə 2011-ci ildən fəaliyyət göstəririk və bu sahədə öz imzamızı atmış sayılırıq.Şəhərin müxtəlif ünvanlarında inşa etdiyimiz çoxmərtəbəli yaşayış binaları, fərdi ev və mənzillər , ticarət obyektləri , ictimai və iaşə obyektləri buna sübut kimi göstərə bilərik.

Təmir prosesi məsuliyyətli və dəqiq olduğu üçün ,bu proses hər zaman peşəkarlara həvalə edilməlidir.Çünki edilən kiçik bir yanlış təmir etdirən sahibkar üçün həm maddi həm də vaxt itgisi deməkdir.Bu tip problemlərlə qarşılaşmamaq üçün “İstek Group” olaraq daim yeni ideyalar axtarışındayıq.Təmirə isə tam zəmanət verilir.Təmir prosesində müştərinin istəkləri nəzərə alınmaqla layihə-smeta tərtib edirik. Təmir materialları Avropa standart və keyfiyyətinə uyğun olaraq seçilir Daha sonra prosesin gedişatını mərhələli şəkildə həyata keçiririk.Sonda müştəri məmnuniyyətini qəbul etmək işimizin peşəkar şəkildə tamamlanmasının sübutudur.

Layihə tərtib olunarkən təyinatı üzrə əsas informasiyalar ,əldə olunduqdan sonra smeta hazırlanır.Uğurlu layihələndirmə üçün əsas 2 nüans vacibdir : 1.Maliyyə planını ölçü ilə hazırlanmış büdcəyə uyğun olaraq tərtib etmək : 2.Layihənin təcrübəli mühəndis tərəfindən həyata keçirilməsi.Hər 2 nüans nəzərə alınmaqla tərtib olunan layihə sektorun daxili və xarici dinamikasını təhlil etməyə kömək edir. Şirkətimiz işində peşəkar olan mühəndislərlə çalışmaqla müxtəlif istiqamətlərdə layihələndirmə işləri həyata keçirir.